Əmək və Sosial Müdafiə nazirliyi nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyi ötən ay üçün hesabat verib.
Oxu.Az Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, 2014-cü il yanvar ayı üçün işçilərə 634,917 min manat ödənməsini təmin edib.
Bu məbləğin 589,853 min manatı əməkhaqqının bərpasına, 28,952 min manat dəyən maddi ziyanın ödənilməsinə və 16,112 min manat isə dəstək və kompensasiyanın ödənilməsinə sərf edilib.
Məlumatda eləcə də Əmək Müfəttişliyi tərəfindən 31 nəfərin iş yerlərinin bərpa edildiyi qeyd olunur.