Kino-rəssam Məmməd Hüseynov bu gün 85 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, əsl adı Məmmədağa Hüseynağa oğlu Hüseynov olan rəssam 8 fevral 1929-cu ildə Bakıda dünyaya gəlib.
1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub. 1955-ci ildə oranı bitirib Bakıya qayıdıb və “Azərbaycanfilm”də yaradıcı fəaliyyətə başlayıb.
20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edib.
Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. Azərbaycanın Xalq rəssamıdır.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər