Yalova valisi Səlim Cebiroğlu məşhur türkiyəli aktyor və şoumen Cem Yılmazı məhkəməyə verib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, S.Cebiroğlu C.Yılmazın onu Twitter-də təhqir etdiyini iddia edərək aktyorun 2 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Cebiroğlu məktəb ziyarətində qarşılaşdığı müəllim Halil Serkan Özün paltarını bəyənməyərək, onu tənqid etmişdi.
Müəllim bir həftə sonra təşkil edilən etiraz yürüşlərində infarkt keçirmiş və dünyasını dəyişmişdi.
Hadisədən sonra vali sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.
Cem Yılmaz isə ““TÜBİTAK” mükafatına sahib Halil Serkan Özün vali tərəfindən tənqid olunmasını və faciəli ölümünü mediadan öyrəndim. Yalnız sənətçi kimi deyil, ölkənin sadə bir vətəndaşı olaraq bu hadisədən təsirləndim. Hadisəylə bağlı cəmiyyətə şəxsi fikrimi söylədim. Heç kəsi təhqir etməmişəm”,-deyə açıqlama verib.