Türk yumor ustası Cem Yılmazın ssenari müəllifi, rejissoru və baş rol ifaçısı olduğu “Əli Baba və 7 cücələr” filminin ilk anonsu yayımlanıb.
Oxu.Az xəbər verir ki, filmdə Çetin Altan, Can Yılmaz, Mariya Anastasyeva və başqaları rol alıblar. Ən diqqətçəkən məqamlarından biri isə burada Azərbaycan və SSRİ haqqında səhnələrə yer verilməsidir.
Ekran əsəri Türkiyədə kinoteatrlarda noyabrın 13-də nümayiş olunacaq.