“O səs Türkiyə” yarışmasının növbəti buraxılışında Cənubi Azərbaycandan olan İbrahim Purkazemi yarışmada mübarizəsini dayandırıb.
Oxu.Az xəbər verir ki, Gökhan və Hakan Özoğuzların komandasında yer alan Emre, Semih və İbrahim birlikdə “Gidemem” adlı mahnını ifa ediblər.
Sonda Gökhan və Hakan qardaşları Emreni seçiblər. İbrahim isə yarşmanı tərk etməli olub.