“Gənclik Mall” TM-də yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı myuziklın eksluziv nümayişi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə qonaqlar arasında iştirak edən məşhur səs rejissoru Azad Vəliyev filmə baxdıqdan sonra ekran işi haqda fikirlərini söyləyib:
“Dolby Atmos formatında “Mamma Mia! 2” myuzikl filmi, əlbəttə ki, tamaşaçılara əsl hədiyyədir və filmi izləyən hər kəs həzz alacaq. Film onunla maraqlıdır ki, filmdəki musiqi tərcümə və dublyaj olunmayıb.
Bundan başqa filmin prodüseri rolunda ABBA qrupunun iştirakçıları, filmə öz mahnı və musiqilərini hədiyyə edən Benni Andersson və Byern Ulveus çıxış ediblər.
Film haqqında qısa məlumat: Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kimi rəqs etmək və bir könüldən min könülə aşiq olmaq – bundan yaxşı nə ola bilər? Nəinki yay, hətta bütün həyat üçün möhtəşəm plandır!
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.