8 Mart – Beynəlxalq Qadınlar Günündə azərbaycanlı müğənni Çingiz Mustafayev Kiyevin xanımlarını öz mahnıları ilə sevindirmək qərarına gələrək Azərbaycan restoranı “Dolma”da çıxış edib.
Oxu.Az xəbər verir ki, onun gitarasının sədası və Azərbaycan mətbəxinin inciləri, xüsusilə də dolma qonaqları laqeyd qalmağa imkan verməyib.
Qonaqların reaksiyası gözlənilən olub, belə ki, arasında həmyerlilərimizin də olduğu qonaqlar Çingizin səsinə səs veriblər, əsasən də Azərbaycan xalq mahnısı “Sarı gəlin”i oxuyublar.
Bu, təəccüblü deyil, axı qısa bir zaman ərzində “Qolos krayni” televiziya şousunun münsiflərini heyrətləndirən Çingiz Mustafayev bu ölkədə çox sayda pərəstişkar qazanaraq, Azərbaycanın istedalarla zəngin olduğunu bir daha sübut etdi.
Xatırladaq ki, “Görmədən” dinləmə zamanı Çingiz Mustafayev “Bamboleo” mahnısını ifa edib. Müğənninin ifası səs-küyə səbəb olub, Çingizin səsinə münsiflərin bütün üzvləri dönüb. Ustad kimi isə o, Svyatoslav Vakarçuku seçib, onun komandasında iştirakını davam edəcək.
Müğənni həmçinin “Yeni Ulduz” musiqili televiziya müsabiqəsinin qalibidir. 2013-cü ildə Azərbaycanı “Yeni dalğa-2013” (Yurmala) musiqili müsabiqədə təmsil edib.