Corc və Amal Kluni cütlüyü qonşuları ilə qalmaqaldadır.
Oxu.Az xarici mediaya istinadla xəbər verir ki, Hollivud ulduzunun İngiltərənin Berkshire şəhərindəki evinə 18 gizli kamera yerləşdirmək istəməsi qonşularını hirsləndirib.

Məhəllə sakinləri altı metr yüksəklikdən evi izləyəcək kameraların narahatlığını yaşayır.

Aktyor 18-ci əsrə aid olan yeni aldığı malikanəyə hovuz tikdirmək və digər yeniliklər etdirmək üçün bələdiyyəni çətinliklə razı salıb.

Kamera yerləşdirmək icazəsi üçün isə bələdiyyəyə müraciət edən cütlük “Daha uyğun bir sistem düşünmələri lazım olduğu” cavabını alıb.

Kluninin malikanəsində çalışan memarlar ətrafdakı evlərin həmin kameralar tərəfindən görülməyəcək qədər uzaq olduğunu idda edirlər.
Son qərarı isə bələdiyyə verəcək.

Qeyd edək ki, əsl adı “Aberlash House” olan 9 otaqlı malikanənin olduğu torpaqda “Downton Abbey” serialı çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az