2002-ci ildən bəri İtaliyadakı Como gölü sahilində bir villada yaşayan Corc Kluni üçün qəsəbədə yeni qaydalar qoyulub.
Oxu.Az xəbər verir ki, zamanının çoxunu bu villada keçirən Kulininin istəyi ilə göldə üzən hər hansı bir şəxs villaya 100 metrdən çox yaxınlaşarsa, polislər tərəfindən 600 dollar dəyərində pul cəzasına məruz qalacaq.
Bundan başqa piyadaların villanın yaxınlığında dayanması da qadağan edilib. İnsanları məlumatlandırmaq üçün həmin bölgəyə və ətraf əraziyə qaydaların yazılı olduğu xəbərdarlıq lövhələri asılıb.
Qəsəbə sakinkərinin yeni qadağadan narahat olmadığını söyləyən bələdiyyə nümayəndələri aktyorun pərəstişkarları tərəfindən tez-tez narahat edildiyini və jurnalistlərin onun evinə girməyə çalışdığını söyləyirlər.
Aytən Sadıqzadə