Sizə Azərbaycanın tanınmış müğənnisi Coşqun Viləşin yanvarın 11-də subaylığın daşını ataraq ailə quracağı haqqında məlumat vermişdik.
Oxu.Az Ailəm.az-ın məlumatına görə bildirir ki, toyda xalq artisti Flora Kərimova, Elariz Məmmədoğlu, Samira, Xatun, maestro Ceyhun və digərləri iştirak edib.
Azərbaycan adət-ənənələrinə uyğun təşkil olunan toyda “bəyin oğurlanması” mərasimi də baş tutub. Belə ki, toyun sonuna yaxın bəy gözə dəyməyib. Coşqunun anidən itməsinə səbəb isə “Bacanaqlar” serialının kollektivi tərəfindən oğurlanması olub.