8 zolaqlı yolun uzunluğu 1,75 kilometr, eni isə 45 metr olacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni yolun tikintisi davam etdirilir. 8 zolaqlı yolun uzunluğu 1,75 kilometr, eni isə 45 metr olacaq.
Yol boyunca 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulub. Yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb. Keçən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntüyə başlanılıb. Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. Eyni zamanda piyada keçidlərinin tikintisi da həyata keçirilir.
Qeyd edək ki, yeni yol başlanğıcını Dəniz Vağzalı yaxınlığından, Nobel Prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən götürəcək. Bu yol həm Neftçilər prospektindən, həm Yusif Səfərov küçəsindən gələn nəqliyyat vasitələrinin rahat hərəkətini təmin edəcək. Eyni zamanda Əhmədli istiqamətindən mərkəzə doğru hərəkət edən nəqliyyat vasitələri 8 zolaqlı yoldan istifadə edə biləcək.
