“Yetenek sizsiniz Türkiye” müsabiqəsində ötən həftə, yanvarın 18-də Azərbaycandan gənclərdən ibarət qrup da iştirak edib.
Oxu.Az məlumat verir ki, müsabiqənin ikinci turunda iştirak edən “Crazy Eyes Crew” qrupu səhnə performansı və peşəkar rəqslərlə münsiflər heyəti ilə yanaşı zaldakı tamaşaçıların da rəğbətini qazanıb.
Zaldakı tamaşaçıların səs verməsinə görə, azərbaycanlı gənclər müsabiqənin ikinci turunda 93 səslə həftənin birincisi olublar.
Aytən Sadıqzadə
www.oxu.az