ATV telekanalında yayımlanan “Maşın” şouda daha bir iştirakçısı oyundan gedib.
Oxu.Az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Aqil M.Quliyevi SMS səsverməsinə çıxarıblar.
O isə səs toplayacağı təqdirdə rəqqasə Oksana Rəsulovanı çıxaracağını deyib.
Amma Aqil M.Quliyev cüzi səs fərqi - 49 faiz səslə oyundan özü uzaqlaşıb.
“Maşın”da mübarizəni isə aktyorlar Elcan Rəsulov, Fərda Amin, İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova davam etdirir.

E.Ə.
www.oxu.az