Sizə aktrisa Tünzalə Əliyeva, rəqqasə Fatimə, müğənni Xuraman Şuşalının xına evi açması barədə məlumat vermişdik.
Bu dəfə onların sırasına bu dəfə müğənni Xatirə İslam da qoşuldu.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Xatirə İslam da həmkarlarının sırasına qoşularaq, xına evi açıb.
Yaxın günlərdə fəaliyyətə başlayacaq mağazadakı əşyaların bəzilərini Xatirə özü düzəldir:
“Əslində, xına evim çoxdan var. Amma ana olmağa hazırlaşanda mağazanı bağladım. Çünki çatdıra bilmirdim, yorulurdum. İndi yenidən açacağam. Yaxın günlərdə tam fərqli formada “Buta” xına evim fəaliyyətə başlayacaq. Onu da qeyd edim ki, bəzi əşyalar öz əl işimdir”.