Bakıda, Azərbaycanın Sumo Federasiyasının bazasında Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Şri-Lanka və İordaniyadan olan idmançıların iştirakı ilə sumo güləşi üzrə beynəlxalq turnir keçirilib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Sumo Federasiyasının baş katibi Rüfət İsmayılov bildirib.
“Mükafatlar mütləq çəki kateqoriyasında oynanılıb. Bu kateqoriyada idmançıların çəkisinin bir əhəmiyyəti yoxdur. Gərgin mübarizədə Gürcüstan yığmasının liderlərindən biri – çəkisi 150 kq olan Levan Berianidze qalib gəlib. Final görüşündə o, azərbaycanlı idmançı, dünya və Avropa çempionu Namiq Sadıqova qalib gəlib”, - deyə, Rüfət İsmayılov qeyd edib.
Yarımfinalda Namiq Sadıqova (85 kq) Gürcüstandan olan dünya çempionatının mükafatçısı Aftandil Tsertsevadze (çəkisi 215 kq) qalib gəlib. Bu idmançı yekunda azərbaycanlı atlet, Avropa gənclər birinciliyinin qalibi Əmiraslan Əhmədovla bürünc mükafat qazanıb (Trend).