May bayramları ərəfəsində Bakıda Türkiyə Pop Musiqisinin Kraliçası, məşhur model Demet Akalının ilk solo-konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyənin sevimli pop-divasının çoxdan gözlənilən şousu 1 May 2015-ci il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.
Konsertin biletləri artıq satışdadır. Biletlərin qiymətləri 20 AZN - 150 AZN, VIP isə 190 AZN təşkil edir.
Qeyd edək ki, Oxu.Az Demet Akalının Bakıda baş tutacaq ilk solo-konsertinə informasiya dəstəyi göstərir.
E.Ə.
www.oxu.az