Türkiyənin qalmaqallı müğənnisi Demet Akalın yazdığı statusu ilə gündəmi alt-üst edib.
Oxu.Az xəbər verir ki, sənətçi komendant saatı tətbiq edilmədiyi ilk həftənin sonunda yaşıl ərazilərdə gəzintiyə çıxan vətəndaşlardan qalan zibil qalıqlarına sərt şəkildə münasibət bildirib.
D.Akalın parkda oturub, piknik edən insanların vecsizliyini və mədəniyyətsizliyini başlarına qaxınc edib.
O, “Evdəki qonaq otağınızın da ortasına ayaq yoluna gedirsiniz?” sözlərini “Twitter” hesabında yazaraq, etirazını bildirib.
Müğənninin açıqsözlülüyünü və kəskin iradını sosial media əhli alqışla qarşılayıb.

Rəşad Əliyev