Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Demi Mur ördək balalarını xilas etdiyinə görə qınanıb
Hollivud ulduzu Demi Mur ördək balalarını xilas etdiyinə görə qınanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Aktrisa özünün "Instagram" səhifəsində bildirib ki, anasız qalmış üç ördək balasını xilas edib və balalar böyüyüb təbii mühitə qayıtmağa hazır olana qədər onların qayğısına qalacaq. Bu işdə ona tanış baytar həkimi kömək edəcək.
İnternet istifadəçiləri aktrisanın bu hərəkətini birmənalı qarşılamayıblar. Onların bir qismi aktrisanı tərifləsə də, digər qismi onu tənqid edərək balalarla düzgün rəftar etmədiyini bildirib. Onlar "Bu, normal hərəkət deyil. Vəhşi ördək balaları vəhşi heyvanlar üçün reabilitasiya mərkəzində saxlanılmalıdır. Onun baytar həkimi bunu bilməli idi", - kimi şərhlər yazıblar.
"Demi Mur" teqi üzrə xəbərlər
- Bryus Uillisin qızı ağır xəstə olan atasının vəziyyətindən danışıb
- "Oskar" mükafatının təqdimetmə mərasimindən ən parlaq obrazlar
- 45 illik karyerasında ilk: Demi Murun tarixi "Qızıl Qlobus" qələbəsinə ailəsinin reaksiyası
- Demi Mur ağır xəstə olan Bryus Uillisin vəziyyətindən danışıb
- Bryus Uillisin qızları ilə riqqətəgətirən görüntüsü paylaşıldı