Türkiyədə 30-dan çox patogenin daşıyıcısı olan yeni təhlükəli gənə növü aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat verib.
Ehtimal olunur ki, bu, mal-qaraya təsir edən təhlükəli xəstəliklərin daşıyıcısı kimi tanınan, Şərqi Asiya mənşəli "Haemaphysalis longicornis" gənəsidir.
Tokat Universitetinin biologiya professoru Adem Keskin bildirib ki, gənə insanlar üçün də potensial təhlükəli sayılır.
"2024-cü ilin sentyabrından aparılan araşdırmalar gənənin Türkiyəyə 3-4 il əvvəl daxil olduğunu göstərib", - deyə alim vurğulayıb.
Bundan əvvəl yerli mediada bu il Türkiyədə ən azı yeddi nəfərin gənə dişləməsinin qurbanı olduğu bildirilmişdi.