Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Diddi Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər
Son zamanlar məşhur reper P.Diddi ətrafında baş verən qalmaqal şou-biznesin ən çox müzakirə olunan cütlüklərindən biri - Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Radar Online" nəşri ulduzların əhatəsindəki mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, Castin Biber Diddiyə qarşı məhkəmə işində ifadə vermək ehtimalı səbəbindən dərin stress vəziyyətindədir. Müğənni reperin partilərində baş verən dəhşətlər haqqında danışmaqdan qorxur.
"Heyli Biber ərini dəstəkləmək cəhdlərində öz imkanlarının son həddinə çatıb. Onların yenicə uşağı olub. Castinin etdiyi yeganə şey özünə yazığı gəlmək və narahatlıq keçirməkdir. Bu işlə bağlı ümidsizliyə qapıldığı bir vaxtda ona kömək edə biləcək çox az şey var. O, ər və ata kimi vəzifəsinin öhdəsindən gələ bilmir. Belə getsə, Heyli onların gələcəyi ilə bağlı çətin qərar verməli olacaq. Heyli Castini sevir, amma Diddinin onları ayırdığını görür və bu, onların evliliyinin dağılmasına səbəb ola bilər", - deyə mənbə vurğulayıb.
Bundan əvvəl mətbuatda xəbər yayılmışdı ki, yeniyetmə yaşlarında Castin o vaxt dostluq etdiyi P.Diddi tərəfindən zorakılığın qurbanı olub.
"Castin Biber" teqi üzrə xəbərlər
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- "Eynilə baba kimi": Castin Biber yeni görünüşü ilə pərəstişkarlarını şoka saldı
- Castin Biberin Selena Qomesin nişanlanma xəbərinə reaksiyası təəccübləndirdi
- Castin və Heyli Biberin ilk övladı dünyaya gəlib
- Əsrin ən dəbdəbəli toyu: Biber hindistanlı milyarderlər üçün astronomik qonorar müqabilində oxudu
Rəylər