Azərbaycanın “Eurovision-2014” beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi, müğənni Dilarə Kazımova nişanlanıb.
Oxu.Az Dilarənin rezidenti olduğu “Eleven” klubunun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
“Sən demə bizim Dilarə, nahaq yerə camaat içinə ağ geyimlərdə gəlmirmiş. Bizə məlum olduğu kimi Delya öz sevdiyinə “HƏ” deyib və gözəl üzük qəbul edib. Təbrik edirik, xoşbəxt olun!”, - klubun sosial şəbəkədəki səhifəsində yazılıb.
Dilarəyə ailə səadəti və uğurlar arzu edirik!