Bakının 9-cu mikrorayonunda yeni park salınır.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər.
Məlumata əsasən, hazırda parkda fəvvarə, səkilər, xüsusi daşlarla cığırlar qurulur, həmişəyaşıl ağac və bəzək kolları əkilir.
Parkda uşaqların əyləncəsi üçün də şərait yaradılıb. Attraksionlar və idman alətləri quraşdırılır.
Park bu ilin sonuna qədər istifadəyə veriləcək.