Türkiyənin Liderlik üzrə ən tanınmış eksperti Sinan Ergin 4-5 iyul tarixlərində yalnız 20 şirkətin biznes rəhbəri üçün “Biznesdə Müstəsna Nəticələr: Tərəddüdlərə son qoyun və ani qərar verin!” treninqi keçirəcək.
Oxu.Az xəbər verir ki, treninq sizin şirkətinizin öz sahəsinin liderinə çevrilməsi üçün hazırlanıb.
“Bu unikal treninq geniş kütlə üçün deyil, yalnız biznes liderləri üçündür!
Biz hər birimiz müəyyən təcrübəmiz və şəxsi xüsusiyyətlərimizlə bağlı bir çərçivədə yaşayırıq. Bunun sayəsində biz müəyyən səviyyəyə çatmışıq, lakin eyni zamanda bu çərçivələr çox vaxt bizə sıçrayış edərək irəli getməyə mane olur.
Siz, lider olaraq, Şirkətinizi və həyatınızı dəyişən bir mənbəsiniz. Siz əsas hərəkətverici bir “mühərriksiniz”. Yəni boş-boşuna da işləmək olar, lakin eyni zamanda Sizi canlandıran, Sizə böyük ilham verən amilləri müəyyən etmək olar. Bunun üçün cəsarət və biliklər gərəkdir, - deyə, S.Erginin adından yayılan məlumatda vurğulanır.
4-5 iyul tarixlərində keçiriləcək treninqin aparıcısı Türkiyənin Liderlik, satış və marketinq sahələrində tanınmış eksperti, bestseller olan “Neden?” kitabının müəllifi və Türkiyənin aparıcı treninq şirkəti olan “Asemble” şirkətinin qurucusu Sinan Ergindir. Hər il 10 000-dən artıq insan Sinan Erginin treninqlərindən faydalanır.
Sinan Ergin Turkcell, BT Telecom , Garanti Bank, Akbank, Amex Credit Card, Ziraat Bank Insurance, Allianz, Yapı Kredi Bank, Anadolu Life Insurance, Knauf, Tchibo, Ariston, Doğan Holding, Adidas, Nike, Club Med, Loreal, Migros, Pepsi, Efes, Pfizer, kimi bir çox nəhəng şirkətlərin əməkdaşları üçün treninqlər keçirib.
Sinan Erginin treninqləri xüsusi olaraq qısa müddət ərzində maksimal nəticə əldə etmək istəyən iş adamları üçün nəzərdə tutulub.
Sinan Erginin liderlik mövzusunda çıxışı:
Treninqin vaxtı: 10.00 – 18.00.
Treninqin yeri: Bakı, Park Hyatt Hotel
Təşkilatçı: Successful Strategies şirkəti
Zəng edin: 012 437 58 50, 050 244 40 58, 070 290 00 46
Yazın: info@sss.az