Xəbər verdiyimiz kimi, dünya şöhrətli “Qolos” yarışmasının Ukrayna versiyası “Qolos krayni” müsabiqəsində “Eurovision-2014” Azərbaycan təmsilçisi Dilarə Kazımova da iştirak edir.
Oxu.Az xəbər verir ki, vokal duelində çıxış edən Dilarə bu dəfə vokal “nokaut” mərhələsində çıxış edərək Darina Kirilko ilə üzləşib. “Nokaut” zamanı Dilarə Adelin repertuarından mahnı ifa edib.
Ani Lorak ifaçımızın çıxışını şərh edərkən deyib:
“Dilarə bu mahnını özünəməxsus şəkildə, mahnının sözlərini yaşayaraq ifa etdi”.
Sergey Lazerev isə bunları qeyd edib:
“Bu Adelin mahnılarına olan ən gözəl cover idi, mahnını əvvəldən axıra çox düzgün ifa etdi”.
“Dilarə məni yumşaq ifası ilə heyran etdi. İnsanı pıçıltılı səsi ilə də oxuyaraq heyran etmək mükündür”, - deyə Yuri Rıbçinski qeyd edib.
“Onlara ürəyiniz necə diktə edirsə, elə oxuyun demişdim, onlar da elə oxuyurdular. Bilirdim ki, hər ikisi yaxşı oxuyacaq, bilirdim ki, seçim etməli olacam, amma bilmirdim necə. Mən Darinanı seçirəm”, - Svyatoslav Vakarçuk deyib.
“Qolos krayni” müsabiqəsini tərk edən Dilarə deyib:
“Bu ölkəni, bu şəhəri çox sevirəm. Çox sağ olun ki, varsız!”.
Efirin sonunda Svyatoslav Vakarçuk qeyd edib:
“O bura Azərbaycanın “Eurovision” iştirakçısı kimi gəlib. Mən onu saxlamağa hazır idim, amma Darina mənə daha yaxındır”.