Müğənni Dilarə Kazımova ötən gün məşhur hotellərin birində “Azərbaycan” adlı layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, klipin təqdimatından öncə “Nero Dance” qrupu ilə möhtəşəm rəqs performansı göstərən Kazımova qırmızı libası ilə diqqət çəkib.
Tədbirə ABD Malik, Elnarə Xəlilova, Roza Zərgərli, Hacı Nuran, Könül Muxtarova, Fatimə Fətəliyeva, Rəqqasə Renka kimi məşhurlar da qatılaraq Dilarəyə dəstək olub.
Mahnının muğam hissəsini isə Kənan Bəşirov ifa edib. Bundan başqa, ekran işində 35 könüllü yer alıb.
Çəkilişdə Binə Atçılıq Mərkəzində yerləşən, Azərbaycan Respublikası Atçılıq federasiyası, Baku Media Centre, Zeytun Bağları nişan markası İçərişəhər Meriyası köməklik göstərib.
Gecənin aparıcılığını isə Rəvan Rəd edib, DJ qismində səhnəyə çıxan isə DJ AKG olub.
Onu da qeyd edək ki, layihənin rəhbəri “Boomerang Label” şirkətinin direktoru Nigar Məmmədovadır.
Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
VİDEO: Musa Vladimir, Səlim Əhməd
www.oxu.az