Sorğu zamanı ən çox beş nəfər müğənninin adı çəkilib.
Oxu.Az xəbər verir ki, bu gün “Muleyli” radio-şousunda dinləyicilər arasında sorğu keçirilib.
Radio-şounun aparıcısı DJ Kazım Sübhan dinləyicilərə “Hit mahnıların ifaçıları kimlərdir?” – deyə, sual ünvanlayıb.
Musiqisevərlərin zövqünə görə Aygün Kazımova, Röya Ayxan, Elçin Cəfərov, Sevda Yahyayeva və Rəqsanə İsmayılovanın ifa etdiyi mahnıların hitə çevrildiyi söylənilib.
Eyni zamanda, DJ bu mövzunu dinləyicilərlə müzakirə edərkən bunları qeyd edib:
“Üzeyir Mehdizadənin də mahnıları çox sevilir. Amma bu, o demək deyil ki, onun ifa etdiyi mahnılar hitdir. Hər məşhur mahnı hit mahnı demək deyil”.
Aytən Sadıqzadə
www.oxu.az