Bu layihələrin məqsədi investorların diqqətini cəlb etmək, eləcə də Sumqayıt Kimya-Sənaye parkının (SKSP) istehsalata verə biləcəyi dəstək potensialını göstərməkdir.
Oxu.Az bu haqda Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin press-relizində deyildiyini xəbər verir.
Məlumata əsasən layihə nümunələri lakboyama, şüşə sənayesi, karton və tikinti materiallarının istehsalı sahəsini əhatə edir.
Layihə nümunələrində kimya sənayesinin dünya standartları öz əksini tapıb.
Layihə təşkilatçıları yalnız ölkədaxili deyil, həmçinin xarici bazarlarda da məhsula olan tələbata diqqət ayırırlar, bu isə öz növbəsində SKSP-nin istehsalına əlavə sərmayələrin cəlb olunmasına gətirib çıxaracaq.