Suriyada təkfirçilər daha bir qadını Facebook-a girdiyi üçün daş-qalaq ediblər.
Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, Raialyoum-un məlumatına görə onun günahı Facebook-a üzv olmaq imiş.
Bildirilib ki, Suriyanın əl-Riqqə şəhərində yaşayan Futum əl-Casim adlı gənc qadın ötən gecə ölümünə qədər daşqalaq edilib.
Məlumata əsasən, “İraq-Şamda İslam Dövləti” (DAİŞ) gənc qadını Facebook sosial şəbəkəsinə üzv olduğu üçün edam edib.