Dj Roşka və Dj Çina arasında qalmaqal yaşanıb.
Oxu.Az Mövqe.az-a istinadən xəbər verir ki, qarşı tərəfin Dj Çinaya qarşı bir neçə dəfə neqativ fikir səsləndirməsinə baxmayaraq, o susub. Nəhayət, fikirlərini Mövqe.az-la paylaşan Dj Çina məsələyə aydınlıq gətirib:
“O insan artıq o qədər çalışır ki, adını mənə eşitdirməyə artıq adını eşitmişəm. Bu insanın mənim haqqımda heç bir məlumatı yoxdur. Əgər o, professional dj olsaydı, özünə və sənətinə hörmət qoyan biri olsaydı gedib, hansısa jurnalistdən xahiş etməzdi ki, məni reklam edin. Sadəcə ən populyar dj mən olduğum üçün o mənlə qalmaqal etmək istəyir.
Necə dünən çıxan müğənni Röyaya söz atıb, deyir ki, Röya kimdir? Röyanın səsi yoxdur. Bu da elə... Mənim samballı toylarım var, nəyim var sənin nəyinə lazımdır axı? Mənə toy üçün zəng gələndə artıq çoxusuna cavab vermirəm. Çünki zaman yetişdirmirəm. İşlərim çox olur.
Girsin Youtube kanalına və mənə göstərsin ki, hansı Azərbaycan dj-nin 1 milyondan çox videosu var. Əgər o dj Roşkanın samballı videosu varsa, girib mənə göstərsin ki, həmin videosuna 1 milyon baxış olub. Həmçinin birtpot saytı var, o orada yoxdur. O sadəcə dəxilsiz mahnıları remiks etdirir.
Mənim remix etdiyim mahnılar isə rəsmi müqavilələr imzalanıb, dünya portallarında yer alıb və həmin mahnıları pulsuz köçürtmək olmaz. Hər mahnının qiyməti var.
Mən söz verirəm fevralın 1-nə kimi remikslərim və Röya, Zamiq və bir çox müğənnilərlə olan duetlərimi saytlara təqdim edəcəyəm. Mənə deyir ki, toylara az getsin. Halbuki özünü toya dəvət etsən, qaça-qaça gedər, həm də ki pulsuz...
Dəfələrlə tədbirdə onu görmüşəm təşkilatçıdan maraqlanıb, soruşanda ki, niyə məni yox onu dəvət etmisən, cavab verib ki, o, pulsuz gəlib. Mən isə xeyirxah tədbirlərə pulsuz gedirəm, vəssalam. Toylara, tədbirlərə isə heç vaxt pulsuz getmirəm. Yarım saatı min manatdan aşağı da olmur”.