Oksana Rəsulova iddia edir ki, onun rəqsini oğurlayıblar.
Oxu.Az xəbər verir ki, rəqqasə bu haqda “Telemaqazin” verilişində danışıb:
“Yeni rəqs hazırlamışdım. Oradakı bütün hərəkətlər, xareoqrafiya özümə aid idi. Onun videosunu isə sosial şəbəkədəki şəxsi səhifəmdə paylaşmışdım. Aradan bir müddət keçəndən sonra eşitdim ki, həmin rəqsi hindistanlı iki qız oğurlayıb, oynayıb. Ondan sonra qərar vermişəm ki, heç bir yeniliyimi əvvəlcədən deməyəcəyəm, paylaşmayacağam. İşi hazırlayıb ərsəyə gətirdikdən sonra tamaşaçıların ixtiyarına verəcəyəm. Oğurluğun qarşısını belə ala bilərəm”.
Rəsulova sözlərinə bunu da əlavə edib:
“Səhhətimdəki problemlərlə əlaqədar olaraq rəqs məktəbim bağlanıb”.
Aytən Sadıqzadə
www.oxu.az