DJ Çina kimi tanıdığımız Çingiz Mustafayev nişanlanıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, cütlüyün nişan şəkilləri “Günə baxan” verilişində nümayiş etdirilib.
Fotolardan da aydın görünür ki, Çina özü üçün el adətinə uyğun mərasim keçirib. Cütlük nişan xonçaları, üzükləri ilə birlikdə fotoları paylaşıblar.