ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan Çingiz Mustafayev ( DJ Çina) maraqlı açıqlamalar verib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, DJ 10 il bundan əvvəl boşandığını bildirib:
“Evli olub, boşanmışam. Bunu heç kim bilmirdi. 2007-ci ildə ayrıldıq. Xasiyyətimiz düz gəlmədi. Amma peşmanam. Məndə ulduz xəstəliyi başladı. Gənc idik. Başımı itirdim. Qısqanclıqlar çox olurdu. Bəlkə də indi ailə qurub. İstəmirəm mənə görə ailəsində söz-söhbət olsun.
Yeni ailə quran insana keçmişdən məlumat gələndə problem olur. Ona görə uzaqlaşdım. Çox gözəl dostdur. O, mənə dedi ki, səninlə keçirdiyim illərə görə peşman deyiləm. Bir məktəbdə oxumuşuq. Hər şey son zəngdə başladı. İndiki vaxtda o cür məhəbbət tapmaq mümkün deyil”.
A.S.
www.oxu.az