ATV-də yayımlanmış “Möhtəşəm maşın” realiti şousunun qalibi olan Çingiz Mustafayev yeni avtomobilinə sahib olmağın sevincini yaşayır.
Oxu.Az xəbər verir ki, o, sosial şəbəkədə bu sözləri paylaşıb:
“Maşın” şouda məni sonadək dəstəkləyənlərə ürəkdən minnətdaram, var olasınız! Mənə səs göndərib istədiyiniz iştirakçını çıxarmadığıma görə məni qınayanlara cavabım gücümü səs toplamaqla deyil, maşın üzərində mübarizə ilə sınadım. Sonunda maşından kənarlaşdırmaq istədiyiniz iştirakçıya qalib gəldim!”
Qeyd edək ki, şoumen Murad Dadaşovun təqdim etdiyi realiti şouda 18 tanınmış şəxs dekabrın 14-dən 31-dək mübarizə aparıb. Şounun qaydalarına uyğun olaraq, Çingiz Mustafayev iştirakçı səsvermələri, tamaşaçı mesajları və ən əsası, finalda yüksək dözümlülüyü ilə qalib gəlib.
Aytən Sadıqzadə
www.oxu.az