Ötən ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu, daha əvvəlki ilin eyni ayına nisbətdə 4% azdır.
Ötən il ərzində isə bu kəmərlə 29,7 milyon ton neft ötürülüb ki, bu da 2012-ci ildəkindən 0,1% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin yanvarın 1-ə qədər BTC-yə 235,3 milyon ton neft vurulub.