Bu dəfə sizə 106 FM radiosunun gənc proqram direktoru Nurlana Cəfərovanın füsunkar fotosessiyasını təqdim edəcəyik.
Oxu.Az xəbər verir ki, istedadlı və təbii gözəlliyi ilə diqqət çəkən dj Nurlana Cəfərova 1988-ci ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili tərcüməçisidir. Səsi kimi siması da gözəl olan aparıcı-dj Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.
Uşaqlıqdan ən böyük arzusu radio aparıcısı kimi çalışmaq olub. Bu arzusuna 17 yaşında ATV telekanalında keçirilən müsabiqə yolu ilə çatıb.
Artıq 8 ildir ki, televiziya və radio sahəsində çalışır. ATV-də 4 televiziya verilişinin - “Top-10”, “Bizim Səhər”in (Samir Bayramlı ilə) aparıcısı, “ATV club” (Azad Şabanovla), “Free Zone” verilişlərinin isə həm müəllifi, həm də aparıcısı olub. 106 FM radiosunda 10-larla efiri olub. Hal-hazırda radioda “WhatsUp” (Rüfət Ağayevlə birgə) və həftəlik hit parad “Top 20” verilişlərinin aparıcısıdır.
Nurlana xanımın eyni zamanda, şeir yazmaq qabiliyyəti də var. Natavan Həbibinin “Yenə də” və Elçin Cəfərovun “Ürəyimdəsən” adlı mahnılarının sözləri ona məxsusdur. Yaxın günlərdə Zamiq Hüseynovun işıq üzü görəcək yeni mahnısının sözləri də Nurlana Cəfərovaya aiddir.
Dj xanım musiqiyə hədsiz dərəcədə maraq göstərir. Bu, sanki onun həyat tərzidir. O, həm də həvəskar fotoqrafdır. Mənzərəli şəkillər və maraqlı məkanları fotosessiya etməyi çox sevir.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az