Sizə dünya ulduzu Dj Tiesto-nun dekabrın 13-də “Baku Expo Centre”-də konsert proqramı ilə çıxış edəcəyini xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, gözlənilən konsert baş tutmayacaq. Bu baradə Dj Tiesto-nun rəsmi internet səhifəsində məlumat verilib.
Konsertin təşkilatçısı “Dreamexe Production” şirkəti maddi məsələləri həll etmədiyinə görə bu gün baş tutmalı konsert olmayacq.
Səhifədə bilet alan insanların bileti geri qaytarmaları xahiş olunur.

Aytən Sadıqzadə
www.oxu.az