Türkiyənin məşhur müğənnisi Doğuşun Bakıda konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı xəbər vermişdik. Ötən gün Azərbaycanın 8 hərbçisinin ölüm xəbəri ilə sarsıldığına görə müğənni ölkəmizdə verəcəyi konserti təxirə salıb.
Oxu.Az-ın məlumatına görə, ifaçı bu baradə rəsmi İnstagram səhifəsində açıqlayıb:
“Azərbaycandakı konsertimi təxirə saldım. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başqa zamanda görüşmək ümidi ilə...”.
