Türkiyəli müğənni Doğuşla azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının toyunun ildönümüdür.
Oxu.Az xəbər verir ki, Doğuş bu münasibətlə İnstagram hesabında həyat yoldaşını təbrik edib.
“Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni çox kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun”.