Türkiyənin tanınmış müğənnisi Doğuş Bakının qonağı olacaq.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, sənətçi avqustun 2-si tanınmış restoranların birində səhnəyə çıxacaq. İfaçı köhnə mahnıları ilə yanaşı yeni mahnılarını da səsləndirəcək.
Qeyd edək ki, ötən ay ifaçı “Beynəlxalq Uşaqlar Günü” münasibəti ilə Azərbaycanda internat məktəblərini ziyarət etmək üçün ölkəmizin qonağı olmuşdu.