Şou-biznesdə “Göyçək” ləqəbi ilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qarderobunu nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, sənətçi yayın gəlişi ilə geyim əşyalarını və ayaqqabılarını qaydaya salıb.
Bir neçə dolab səhnə geyiminə sahib olduğunu bildirən Fatimənin qarderobunda bütün xalqlara məxsus rəqs libasları var.
“İnsanın bu qədər geyimi, ayaqqabısı olar? Bu sayda əşyam olsa da, gözüm doymur”, - deyə F.Fətəliyeva bildirib.
F.Fətəliyeva koronavirus pandemiyası dövründə daha bir gəlirli sahəyə əl ataraq, dönərxana açıb.
Qeyd edək ki, F.Fətəliyeva “Banu” rəqs, moda və gözəllik məkanının sahibidir.
Rəşad Əliyev