Xalq artisti Brilyant Dadaşova çoxdan anons olunan yeni, “Səndən ayrı” adlı mahnısını təqdim edib. Söz və musiqisi Tural Bayraməliyevə aid olan mahnı Türkiyə, Moldova və London studiyalarında hazırlanıb.
Oxu.Az xəbər verir ki, sevgi mövzusunda olan mahnının yaxın vaxtlarda videoklipinin çəkilişləri də nəzərdə tutulub. Bundan başqa müğənni yaxın müddətdə retro mahnılardan ibarət yeni albomunu təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, sözügedən mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır.
Aytən Sadıqzadə
www.oxu.az