Türkiyəli model, aktrisa Azra Akın sevgilisi Atakan Koru ilə Bodrumda dincəlir.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, küləkli havada Yalıkavak çimərliyində görüntülənən aşiqlər uzun müddət kitab oxuyıb. Daha sonra ikili birlikdə otelə yollanıb.
Qeyd edək ki, Azra Akın 2002-ci ildə Türkiyə gözəli seçilmiş və elə həmin ildə “Miss World 2002” (“Dünya gözəli 2002”) adını qazanmışdı.
Aytən Sadıqzadə
www.oxu.az