Ailəli olanlar arasında dünyanın ən gözəl qadını seçilən Sankt-Peterburqlu çoxuşaqlı ana Kseniya Davıdova “Mrs.Top Of The World 2021” müsabiqəsindən şəklini nümayiş edib. “Instagram” səhifəsində paylaşılan fotoda o, Rusiyanın milli geyimində əks olunub.
“Milli geyim bəlkə də ən çox sevdiyim səhnədir. Bu, zaman səyahəti və yaradıcılıq üçün bir fürsətdir. Mən ənənəvi rus boyar obrazını seçdim”, - deyə model bildirib. Onun sözlərinə görə, kostyum Rusiyanın çoxşaxəli mədəniyyətinə və tarixinə istinaddır və təsvir ölkənin gözəlliyini sadə və zövqlə əks etdirir.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, rusiyalı qadının rəqibləri Böyük Britaniya, Latviya, Kipr, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olub. Davıdova hesab edir ki, müsabiqədə qalib gəlməyə təkcə yaxşı hazırlıq yox, həm də Milanda model kimi işləmək təcrübəsi kömək edib.
Mənbə: Lenta.ru
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
- Türkiyə hələ namizəd verməyib, amma Bakı artıq günahkardır: Növbəti spekulyasiyanın ayaq səsləri - Şərh
- Rusiya, Ukrayna və ABŞ arasında danışıqların tarixi açıqlandı
- Ayxan Hacızadə medianın sualını cavablandırdı
- Dubayda qızıldan piyada yolu salınacaq
Digər xəbərlər