“Maxim” dərgisinin hind versiyasına görə, cazibədar hind aktrisası Priyanka Çopra dünyanın ən seksual qadını seçilib.
Oxu.Az xəbər verir ki, nəşrin redaktorları Bollivudun ən gözəl aktrisasının gözəlliyini yeni fotosessiyasında vurğulamaq qərarına gəliblər. Yeni şəkillər jurnalın iyul nömrəsində işıq üzü görəcək.
Tezliklə hind aktrisasını “Baza Kuantiko” serialında, 2017-ci ilin yazında isə Dueyn Conson və Zak Efron ilə çəkildiyi “Malibu xilasediciləri”nin remeykində görmək olacaq.
Aytən Sadıqzadə
www.oxu.az