Çinin ən uzun ayaqlı qadını modellik yarışmasında şöhrətə qovuşub.
Oxu.Az xəbər verir ki, 20 yaşlı Dong lei-nin “Ai Shang Chao Model” müsabiqəsinə qatıldıqdan sonra həyatı dəyişib.
Peşə məktəbi məzunu olan Dong 2012-ci ildə modellik yarışmasına qatıldıqdan sonra dünyanın ən uzun ayaqlarına sahib olduğunun fərqinə varıb.
1.82 sm boyunda olan modelin ayaqlarının uzunluğu 1.15 sm-dir.
Adı “Guiness” rekordlar kitabına düşən dünyanın ən uzun ayaqlı qadını alman model Nadja Auermann-ın ayaqlarının uzunluğu Dong lei-nin ayaqlarından 3 santimetr qısadır.
Uzun ayaqların ailəsindən ona genetik keçdiyini söyləyən Dong “Anam 1.72, atam 1.86 sm boyundadır. Mənə uzun genlərini keçiriblər” deyə müsahibə verib.
Dong 2012-ci ildən bəri fotomodellik edir.
Aytən Sadıqzadə
www.oxu.az