Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata əsasən, “Mercedes Vita” markalı mikroavtobus “Ford Transit” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində avtomobillərinn ön hissəsi deformasiyaya uğrayıb.
Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az