“O səs Türkiyə”də Özlem Çelik adlı iştirakçı ifası ilə həm münsifləri, həm də tamaşaçıları heyran edib.
Oxu.Az xəbər verir ki, çıxışı ilə bütün münsifləri özünə tərəf döndürə bilən Özlem kədərli həyat hekayəsini danışarkən hər kəsi kövrəldib:

“Verilişə bir neçə dəfə bacımla birlikdə qatılmışdım. O, keçən il rəhmətə getdi. Bacım Ebru Gündeşin heyranı idi. Hər zaman Ebru Gündeşlə duet oxumaq istəyirdi”.

Ö.Çelik daha sonra Ebru Gündeşdən “Gönlümün efendisi” mahnısını ifa etməyi xahiş edib.
Müğənni bəstəni səsləndirdikdən sonra Özlemin rəhmətə gedən bacısının xatirəsi üçün onunla birlikdə duet oxumağına söz verib.

Sonda Ö.Çelik E.Gündeşi seçib.