31 yaşında qəflətən dünyasını dəyişən sosial media fenomeni Caner Çalışır torpağa tapşırılan vaxt kövrək anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, dəfn mərasiminə gələn, Canerlə dost olub, aylar sonra düşmənə çevrilən Kerimcan Durmaz acı xəbəri alarkən çox kədərləndiyini deyib.
Köhnə dostunu torpağa tapşıran K.Durmaz məzarın başında bir neçə dəqiqə dayanaraq, göz yaşı axıdıb.
Sosial şəbəkədə fenomenin “Instagram” hesabında dostu ilə yazışması ortaya çıxıb:
“Kerimcanı da sildim. Yanımda qalan dostum da çıxıb getdi, yenə tək qaldım. Dostum Cemalın gəlməsini gözləyirəm. Onun üçün çox darıxmışam. O, məni tək qoymazdı”.
Qeyd edək ki, C.Çalışırın ölümünə səbəb ürək tutması olub.
Rəşad Əliyev