40 yaşlı müğənni Ebru Gündəşin 10 yaş cavan görünməsinin sirri ortaya çıxıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Londonda “Hörümçək toru” adlanan üsulla üzünü dərisini dartdırır. Bu üsul zaman iynə və saplardan istifadə olunur. Həmin saplar dəri altına yerləşdirilərək üz dərisinin gərilməsini təmin edir, nəticədə dəri gənc və parlaq görünür.
Qeyd edək ki, ifaçının üzünün gənc və parıltılı olması Türkiyə maqazin mətbuatında dəfələrlə müzakirə mövzusuna çevrilib.