Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ed Şiran üçün şok: Hindistan polisindən onun küçə konsertinə kobud müdaxilə
Dünya şöhrətli britaniyalı müğənni və bəstəkar Ed Şiran Hindistana səfəri zamanı qalmaqalın mərkəzində olub. Gözlənilməz hadisə fevralın 10-da Banqalor şəhərində baş verib, polis qəfildən müğənninin küçə çıxışını dayandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" xəbər yayıb.
Bununla bağlı yayılan kadrlardan görünür ki, Şiran gitarada ifa edərək "Shape of You" hitini oxuyarkən polis ona yaxınlaşıb və kobud şəkildə mikrofonu söndürüb.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, improvizə edilmiş konsertin keçirildiyi Çörç-stritin həddindən artıq sıx olması səbəbindən çıxışın təşkilatçılarına icazə verilməyib.
Lakin karyerasına məhz Böyük Britaniyada küçə musiqiçisi kimi başlayan Ed Şiranın özü sonradan sosial şəbəkələrdə Banqalorda çıxış üçün rəsmi icazəsinin olduğunu bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə artıq bu hadisə ilə bağlı memlər də paylaşılır.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb